Azərbaycan rəhbərliyinin həyata keçirdiyi ölkənin inkişaf kursu, o cümlədən gənclər siyasəti xalqın maraqlarına əsaslanır. Bu barədə Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Gənclər siyasəti Azərbaycan dövlətinin prioritet istiqamətidir”, - deyə Ə.Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaranmasının 3 illiyinə həsr olunmuş tədbirdə çıxış zamanı vurğulayıb.
O, gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələri dəstəkləyən və maliyyələşdirən Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirib.
R.Babayev