211 il öncə Azərbaycanın bütövlüyü uğrunda apardığı döyüşdə qəhrəmancasına həlak olan Cavad xanın Gəncədə abidəsi ucaldılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Gəncənin Qala kompleksində Cavad xana aid muzey təşkil olunub. Ölkə başçısının sərəncamı ilə Cavad xanın üzü qərbə olan 8 metr hündürlüyündə abidəsi ucaldılacaq. Artıq yer müəyyənləşdirilib. Bu da gəncəlilərin qəhrəmanlıq rəmzi olacaq”, – deyə AMEA-nın Gəncə bölməsininakademik katibi Fuad Əliyev bildirib.
1804-cü ildə Cavad xan ailəsi ilə birgə müstəqillik uğrunda mübarizədə Sisianovun qoşunlarına məğlub olub.
2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən Cavad xanın Gəncədəki məzarı üzərində məqbərə ucaldılıb.
F.Mehdiyev