Prezident İlham Əliyevin 11 avqust 2014-cü il tarixli “Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanı cari il yanvarın 1-dən qüvvəyə minib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasına başlanıb.
Prezident təqaüdü aylıq 200 manat məbləğində təyin edilib.
R.Babayev