Fransadakı Azərbaycan diasporu “Çarli Hebdo” jurnalının redaksiyasına edilmiş terror aktını pisləyən bəyanatla çıxış edib. Bu barədş Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il yanvarın 7-də “Çarli Hebdo” satirik jurnalının əməkdaşlarına qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.
Sənədin müəllifləri hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır.
Bəyanatda, həmçinin Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
Bəyanat “Çarli Hebdo” jurnalının redaksiyasına, Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.
R.Babayev