Bakı məktəbliləri arasında fənn olimpiadaları keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.
Olimpiada Bakının 12 rayonundan 14 məktəbi əhatə edib, ümumilikdə olimpiadada 3473 şagird iştirak edib. Məktəblilərə test tapşırıqlarını həll etmək üçün 3 saat vaxt ayrılıb.
Bu mərhələdə yüksək nəticə göstərmiş məktəblilər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.
A.Zeydullayeva