15.01.2015 15:38

“Coca-Cola” Bakı 2015 Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı oldu

“Coca-Cola” şirkəti iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının sayca yeddinci rəsmi tərəfdaşı oldu.

Cümə axşamı gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov, “Coca-Cola” şirkətinin Türkiyə, Qafqaz və Asiya üzrə biznes blokunun prezidenti Qalya Frayman Molinas və «Azerbaijan Coca-Cola Bottlers» MMC-nin baş direktoru Cem Becel müvafiq saziş imzalayıblar.

Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.

Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.

9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.

Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.

R.Babayev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.