2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycana buğda idxalı 1 mln. 69,6 min ton təşkil edib, bu isə 2013-cü ilin analoji dövrünün göstəricisindən 18,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə $265 mln. 115 min dəyərində buğda idxal olunub (azalma 26,8%).
Hesabat dövründə Azərbaycana $177 mln. 525,1 min məbləğində 374,1 min ton xam şəkər və qənd (idxal 8,2% artıb), $64 mln. 986,1 min məbləğində 105 min ton bitki yağı (artım 8,6%), $16 mln. 540,8 min məbləğində 7 min 93,7 min ton çay (azalma 9,9 %), $22 mln. 952,3 min məbləğində 9,014 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 16,1%) idxal edilib.
11 ay ərzində ölkəyə $8 mln. 895,9 min məbləğində 12 min 817,4 ton təzə meyvə (idxalda azalma 31,2%), $2 mln. 366,1 min məbləğində 22 min 644,4 ton tərəvəz (artım 26,5%), $7 mln. 842,1 min məbləğində 110 min 599,3 ton kartof (artım 2,4 dəfə) idxal edilib
N.Abbasova