Yaponiya hökuməti İmişli rayonunda suvarma sisteminin tikintisi layihəsini həyata keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilir.
Layihənin dəyəri $103 min təşkil edir.
Bu, sözügedən proqram çərçivəsində İmişli rayonunda reallaşdırılan 5-ci layihədir.
Bu proqram çərçivəsində Azərbaycanda mədəniyyət, səhiyyə, təhsil, ekologiya və kənd təsərrüfatı sahələrində ümumilikdə $16,951,735 mln. məbləğində 199 layihə həyata keçirilib.
A.Zeydullayeva