Azərbaycan diaporunun fəal üzvü Amerika ştatlarının rəhbərliyini Nevada və Texas kimi 31 mart tarixini Azərbaycanlıların soyqırımı günü kimi tanımağa çağırıb. Bu barədə ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) məlumatında deyilir.
“Amerikanın azərbaycanlı icması və USAN soyqırım qurbanlarının xatirəsini yad edərək hər kəsi bu tarixlə bağlı bəyanat və ya qətnamə ilə çıxış etməyə çağırır”, - deyə diasporun fəal üzvü Emil Həsənovun Amerikanın “Daily Tribune” qəzetində dərc olunan məktubunda deyilir.
E.Həsənov xatırladıb ki, Nevada qubernatoru iki dəfə - 2009 və 2010-cu illərdə, Texas ştatının nümayəndəsi 2011-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı bəyanat və qətnamə qəbul ediblər. Bundan başqa, bütün dünyada bir neçə ölkə qanunvericilik səviyyəsində soyqırımı tanıyıb.
Məktubda qeyd edilir ki, Bakı və Azərbaycanın digər şəhərlərində 500 min nəfər erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımın qurbanı olub.
F.Hüseynzadə