Azərbaycan və SSRİ xalq artisti Zeynəb Xanlarova Nyu-Yorkda Novruz konserti verəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən konsert proqramı Novruz bayramına həsr edilib və martın 15-də Nyu-Yorkun Bruklin səmtindəki bir sıra tanınmış musiqiçilərin konsert verdiyi “Master Theatre” adlı konsert kompleksində baş tutacaq.
Konsert proqramına xalq artistinin repertuarındakı ən sevilən mahnılar daxildir.
R.Babayev