Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Katibliyində keçirilən fövqəladə hallar üzrə İşçi Qrupun (FHİQ) 12-ci iclasında qəza vəziyyətlərinin qarşısının alınması və qəzaların nəticələrinin aradan qaldırılması sahəsində məsələlər müzakirə olunub. Bu barədə təşkilatın saytında məlumat verilir.
Görüşdə GUMA-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) nümayəndələri iştirak ediblər.
İclas iştirakçıları 2015-ci il üçün İşçi Qrupun İş Planını müzakirə ediblər, qəza vəziyyətlərinin qarşısının alınması və aradan qaldırılması sahələrində fəaliyyət haqqında, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı haqqında məlumat mübadiləsi aparıblar.
İşçi Qrupun növbəti iclası 2015-ci ilin noyabr ayında keçiriləcək.
R.Babayev