Ağ Ev ermənilərin 1915-ci ildə baş vermiş kütləvi qırğını barədə danışarkən “soyqırımı” ifadəsini işlətmək istəmir. Bu barədə çərşənbə günü Qərb KİV-ləri məlumat verir.
Eyni zamanda ABŞ Milli Təhlükəsizlik Şurası öz bəyanatında bildirib ki, ABŞ Prezident Administrasiyasının rəhbəri Denis Makdonou və prezidentin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods “həmin dəhşətli dövrdə həyatını itirmiş 1,5 mln. insanın xatirəsinin yad edilməsinin vacibliyini müzakirə ediblər”.
Administrasiya nümayəndələri “bu vəziyyətdən faktların tam, düzgün və ədalətli tanınması üçün” istifadə etməyə çağırıblar.
ABŞ prezidenti Barak Obama yalnız bir dəfə - 2008-ci ildə özünün seçkiqabağı kampaniyasında “soyqırımı” ifadəsini işlədib”, - deyə Qərb KİV-ləri yazır.