2015-ci ilin yanvar-fevral aylarında Azərbaycana buğda idxalı 460,3 min ton təşkil edib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $109 mln. 15,4 min dəyərində buğda idxal olunub (artım 2,1 dəfə).
Hesabat dövründə Azərbaycana $13 mln. 650,4 min məbləğində 27,3 min ton xam şəkər və qənd (idxal həcmi 51,6% azalıb), $15 mln. 313,6 min məbləğində 24,7 min ton bitki yağı (azalma 10,8%), $2 mln. 164,7 min məbləğində 961,2 ton çay (azalma 27,3%), $4 mln. 884,5 min məbləğində 2,121 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 2,1 dəfə) idxal edilib.
2015-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə $6 mln. 711,4 min məbləğində 12 min 263,9 ton təzə meyvə (artım 6,1 dəfə), $1 mln. 681,7 min məbləğində 6 min 675,2 ton təzə tərəvəz (azalma 16,6%), $2 mln. 32,2 min məbləğində 30 min 473,2 ton kartof (artım 1,4%) idxal edilib.
Bundan başqa, hesabat dövründə Azərbaycana $2 mln. 579,3 min məbləğində 1 min 241,7 min ton iri buynuzlu heyvanın əti (artım 4,4 dəfə), $955,5 min məbləğində 1 min 155,5 ton quş əti və digər ət məhsulları (artım 29,7%) idxal olunub.
N.Abbasova