Almaniyanın türk və Azərbaycan diasporunun nümayəndələri Berlində qondarma erməni soyqırımı iddialarına qarşı izdihamlı yürüş-mitinq keçiriblər. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Berlinin mərkəzi meydanından başlayan və Brandenburq qapıları yanında sona çatan yürüş-mitinqdə 10 minə yaxın insan iştirak edib.
Yürüş iştirakçıları əllərində Türkiyə və Azərbaycan bayraqları, erməni terrorçuların qətlə yetirdiyi türk diplomatlarının fotolarını, “ASALA dinc insanları qətlə yetirib”, “Tarixdən düşmənlik yaratmayın”, “Soyqırımı məsələsi parlamentdə müzakirə edilməz” kimi erməni yalanlarını əks etdirən türk və alman dillərində plakatlar tutublar.
Türk və Azərbaycan diasporunun nümayəndələri, həmçinin Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımını pisləyən şüarlar səsləndiriblər.
R.Babayev