Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rusiyanın görkəmli kino və teatr aktrisası Larisa Udoviçenkonun 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Tədbir “RİMM kinoklub” layihəsi çərçivəsində keçirilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Könül Şahmarqızı və Məryəm Əsədova L.Udoviçenkonun yaradıcılıq bioqrafiyası barədə danışıblar. Daha sonra “Evli subay” filmi (rejissor Vladimir Roqovoy, 1982-ci il) nümayiş etdirilib.
Tamaşaçılar arasında həmvətənlər, veteranlar, şagird və müəllimlər də olub.
Z.Abdullayeva