Ukrayna Xarici İşlər Nazirliyi bəyan edir ki, Kiyev mayın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası” ərazisində keçirilmiş parlament seçkilərini tanımır.
“Ukrayna 2015-ci il mayın 3-də Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir. Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən bu seçkilərin nəticələrinin heç bir hüquqi nəticəsi ola bilməz”, - deyə Ukrayna XİN-in bazar ertəsi yaydığı bəyanatda bildirilir.
XİN-dən qeyd olunub ki, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmazlığı prinsipləri əsasında sülh yolu ilə nizamlanmasına tərəfdardır.