“Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilən bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarının tarifləri 35%-ə qədər azaldılıb. Bu barədə ADY-nin məlumatında deyilir.
Məlumata əsasən, konteyner daşımalarının tariflərində azalma isə 50%-ə qədər təşkil edib.
“Bundan başqa, ADY yükdaşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya) və eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalayıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edilən tədbirlər Azərbaycan dəmir yollarının daha səmərəli fəaliyyəti məqsədilə həyata keçirilıb.
N.Abbasova