Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Daha əvvəl 14 nəfərin öldüyü, 54 nəfərin xəsarət aldığı bildirilirdi. Xəsarət almış daha 10 nəfərə təcili yardım briqadasının həkimləri tərəfindən yerindəcə yardım göstərilib.
F.İsazadə