Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar dövlət başçısının sərəncamı ilə yaradılan Dövlət Komissiyası terror aktı versiyasını istisna etmir.
“Hazırda Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirlikləri bu versiyanı araşdırır. Çərşənbə günü müəyyən cavab veriləcək. Buna görə belə üzlüklər vurulmuş bütün binalar hazırda mühafizə altına alınıb”,- deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ANS telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, çərşənbə günü komissiya yanğının səbəblərini, eləcə də eyni materialla üzlənmiş digər binaların yanma təhlükəsinin səviyyəsini müəyyənləşdirəcək.
F. İsazadə