04.06.2015 11:39

Azərbaycan prezidenti Meksikanın yeni səfirinin etimadnaməsini qəbul edib

Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Meksikanın yeni təyin olunmuş səfiri Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

Tərəflər Azərbaycan-Meksika əlaqələrinin hazırkı vəziyyəti və gələcəyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

F.İsazadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.