Bakı “Amnesty İnternational” beynəlxalq qeyri-hökumət təşkilatının rəsmi nümayəndələrinin Avropa Oyunları ilə əlaqədar akkreditasiyadan keçməsindən imtina edilməsi ilə bağlı bu qurumun ittihamlarını təkzib edir.
““Amnesty İnternational təşkilatı adından heç kim Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməklə bağlı rəsmi olaraq Azərbaycana müraciət etməyib”, - deyə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənov cümə axşamı xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransında bildirib.
“Apardığımız araşdırmalar zamanı məlum olub ki, “Amnesty İnternational” adından heç kəs müraciət etməyib və qeydiyyata alınmayıb”, - deyə Prezident Administrasiyasının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sonradan məlum olub ki, “Amnesty İnternational”ın bəzi nümayəndələri dolayı yolla, müxtəlif nəşrlərin jurnalistləri kimi Azərbaycan ərazisinə daxil olmaq niyyətində olublar.
“Beləliklə, Azərbaycan ərazisinə qanunsuz daxil olmaq cəhdinin qarşısı alınıb. Bununla da “Amnesty İnternational”tərəfindən bu cür tənqidi bəyanatların əsası yoxdur”, - deyə Ə.Həsənov vurğulayıb.
R.Babayev