Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsi iyunun 15-də Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərərçəkmiş ailələrə yardım məqsədilə kampaniyaya başlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Aksiya çərçivəsində toplanan humanitar yardım - ərzaq, təmizlik, gigiyena və digər məhsullar ehtiyacı olan ailələrə təqdim edilib.
Yardımın təqdim olunması zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər bildirib ki, bu, kampaniyasının başlanğıcıdır, Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən kömək və müəyyən tədbirlərin görülməsi davam etdiriləcək.
Təşkilatın fəalları yerli gənclərə, əhaliyə səslənərək təbii fəlakətdən zərərçəkənlərə yardım kampaniyasına qoşulmağa çağırıb. Bildirilib ki, Gürcüstan əhalisi üçün xarici ölkələrdən də yardım qəbul olunur.
R.Babayev