“İsrail-Azərbaycan” Beynəlalq Assosiasiyasının Direktorlar Şurasının üzvü, Azərbaycan Mədənyyət Mərkəzinin direktoru Yeganə Salman israilli fotoqraf Tomer İfrahın Azərbaycan haqqında fotoreportajına mənfi şərhlər əlavə etməklə və bununla da fotoqrafın işini tam təhrif etməklə həmin materialı bu günlərdə öz səhifəsində dərc etmiş Britaniyanın “TheGuardian” qəzetini tənqid edib.
“İndiki vəziyyətdə bunun təsadüfi olduğuna inanmıram və düşünürəm ki, bu, növbəti dəfə dünya ictimaiyyətinin gözündə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün məqsədyönlü fənddir”, - deyə E.Salman “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Bu cür fakt özünə hörmət edən heç bir nəşrə, xüsusən də mötəbər “TheGuardian” qəzetinə şərəf gətirmir. Bu, ondan xəbər verir ki, onların kommersiya vəziyyəti o qədər ağırdır ki, istənilən resursu ləkələyən qəsdən düşünülmüş saxtakarlıq üsulundan istifadəyə əl atmaqdan çəkinmirlər”, - deyə o vurğulayıb.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/643696 saytında tanış olmaq olar.
F.Hüseynzadə