Şəki rayonunda taxıl biçini başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional burosu məlumat verir.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, taxılçılar builki mövsümdə 62 min hektar sahədən 186 min tona yaxın məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, yəni 110 min ton artıb.
Yığılan məhsulun 116 min 842 tonu buğda, 68 min tonu arpa, qalanı isə vələmirdir.
Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Məhsuldarlıq 2014-cü illə müqayisədə 18 sentner artıb. Biçilən taxıl sahələri qısa müddətdə küləşdən təmizlənib və hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.
İ.Əhmədov