Avqustun 20-nə keçən gecə 84 yaşında SSRİ və Rusiya xalq artisti Lev Durov uzunsürən xəstəlikdən sonar reanimasiyada vəfat edib. Bu barədə “İnterfaks”a RF Teatr Xadimləui İttifaqından məlumat verilib.
“Bu gücə L.Durov xəstəxanada vəfat edib”, - deyə cümə günü İttifaqdan bildiriblər.
Öncə artistin qızı Yekaterina Durovaya istinadən mətbuatda L.Durovun ölümü barədə məlumat verilmişdi.
Məlumdur ki, ölümündən bir sutka əvvəl Moskva Birinci Şəhər xəstəxanasının həkimləri artisti təcili əməliyyat ediblər. Ondan sonra L.Duriv medikamentoz koma vəziyyətinə düşüb. Həkimlərin səylərinə baxmayaraq, artisti xilas etmək mümkün olmayıb.
L.Durov həyatının son 2 həftəsini xəstəxanada keçirib. Artist insult şübhəsi ilə xəstəxanaya yerləşdirilsədə, sonra ona “kəskin ürək çatışmazlığı” diaqnozu qoyulub. Bir həftədən sonra L.Durov xəstəxana daxili sətəlcəm olub, uzun nüddət hərəkətsiz qaldığına görə damarlarda tromblar inkişaf etməyə başlayıb.
L.Durov 1931-ci ildə Moskvada dekabrın 23-də anadan olub. Durovlar ailəsi Rusiyada məşhur sirk artistləri sülaləsinə aiddir. 1954-cü ildə o Moskva Bədii Akademik Teatrının Məktəb-studiyasını bitirib və M\ərkəzi Uşaq Teatrına dəvət olunub, burada 10 il çalışıb. Həmin il Duriv kinoda çəkilişlərə başlayıb və 200-dən artıq rol ifa edib.
1963-1967-ci illərdə Lenin komsomolu Teatrı, 1967-ci ildən etibarən rejissor qismində Malaya Bronnayadakı Moskva Dram Teatrında çıxış edib. 1990-cı ildə L.Durova SSRİ xalq artisti adı verilib.