Səhiyyə Nazirliyi Bakı şəhərində və regionlarda könüllü qanvermə aksiyaları keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, cari ilin iyun-avqust aylarında keçirilmiş könüllü qanvermə aksiyasında 3030 nəfər iştirak edib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Səhiyyə Nazirliyiaksiyalarda iştirak edənlərə təşəkkürünü bildirir və bəyan edir ki, qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.
A.Zeydullayeva