“Azərmarka” MMC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş yeni poçt markası buraxıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Poçt markasının üzərində AMEA-nın əsas binası və qarşısındakı park təsvir olunub.
Markanın nominal dəyəri 0,3 manat təşkil edir.
N.Abbasova