Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “İslam dövləti”nin əsl İslamı və dünyada mövcud digər ənənəvi dinləri özünə çəkməsi mümkünlüyünü qeyd edir.
A.Paşazadə ANS telekanalının efirində qeyd dedib ki, bu gün xarici qüvvələr tərəfindən İslamın cərəyanları arasında qəsdən qarşıdurma yaradılır ki, bu din dünya ictimaiyyətinin gözündən düşsün. Bu qarşıdurmanın ssenaristləri hansısa dərəcədə qarşılarına qoyduqları məqsədə çata biliblər.
“Məsələn, “İslam dövləti”. Mən onu “islam” adlandırmazdım. Ancaq biz onu “İslam dövləti” adlandırdığımıza görə dilimiz bu terminə artıq öyrəşib”, - deyə QMİ sədri qeyd edib.
“İslam dövləti”nin özündə daşıdığı ideya barədə danışan A.Paşazadə vurğulayıb ki, kütləvi qırğınlar, baş kəsmə, din pərdəsi altında bəşəri mədəniyyətin məhv edilməsi həqiqi İslamın konsepsiyasında yoxdur.
“Qorxuram ki, bu cür hərəkətlər İslamın məhvinə və yeni dinin yaranmasına gətirib çıxarsın. Dünyada yeni din yaranır. Qorxuram ki, bu din həm xristian, həm yəhudi, həm də İslam dinlərini özünə çəkərək böyük faciələrə səbəb olsun”, - deyə sədr vurğulayıb.
F.İsazadə