Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində “Azercell Telekom” MMC, “Azerfon” MMC, “Bakcell LTD” MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndələri ilə “Elektron Hökumət” portalı vasitəsi ilə mobil operatorlar arasında təşkil edilən xidmətdən istifadə qaydaları üzrə texniki şərt müzakirə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən, texniki şərt ƏƏSMN-in informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması ilə əlaqədar hazırlanıb.
SənədƏƏSMN, “Elektron Hökumət” portalı və mobil operatorlar arasında məlumat mübadiləsini təmin etmək üçün tərtib edilib.
Görüş iştirakçıları qərara alıblar ki, 3 gün ərzində texniki şərtlə bağlı rəy və təkliflərini Məlumat Hesablama Mərkəzinə göndərsinlər və tam şəkildə hazırlanıb birgə razılaşdırıldıqdan sonra texniki şərtə uyğun olaraq proqram təminatının yazılmasına başlanılsın.
A.Axundov