Ermənistanın indiki rejimi silahlı cinayətlərin miqyasına görə İŞİD terror təşkilatından daha təhlükəlidir. Amerikalı analitik Piter Teys belə hesab edir.
“Bu münaqişə (Dağlıq Qarabağ münaqişəsi - İF-Az) hər gün yeni insan tələfatına səbəb olur və getdikcə Avropa ətrafında ən təhlükəli münaqişəyə çevrilir. Son silahlı təxribatlar, həmçinin Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərini tam və qeyd-şərtsiz boşaltmaqdan imtina etməsi onu Suriya və İraq ərazisindəki İŞİD-dən, Somalidəki "Əl-Şahab" qruplaşmasından daha təhlükəli duruma gətirir”, - deyə o, Azərbaycanın “Region Plus” jurnalında dərc edilmiş müsahibəsində bildirib.
“Bundan başqa, ABŞ prezidenti və Avropa İttifaqına üzv dövlətlər BMT-nin irəli sürdüyü dayanıqlı inkişaf hədəfləri ilə o qədər məşğuldurlar ki, bitmək bilməyən münaqişələrə hələ də göz yumurlar. Halbuki həmin münaqişələr Avrasiyada, Afrikada sülhə, sabitliyə təhdiddir. Belə təhdidlərdən biri də Azərbaycan ərazilərinin 20%-nin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalmasıdır”, - deyə o qeyd edib.
F.Hüseynzadə