Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə oktyabrın 28-də Rusiya Federasiyasında keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə yola düşür. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
A.Paşazadə RF Prezidenti yanında dini təşkilatlarla iş üzrə Şuranın Beynəlxalq Əməkdaşlıq Komissiyasının, habelə Rusiya Dinlərarası Şurasının dəstəyi ilə keçirilən «Din və Sülh» mövzusunda III Moskva Beynəlxalq Forumunda iştirak edəcək.
Onun Beynəlxalq Forumun plenar iclasında məruzə ilə çıxşı planlaşdırılır.
Bundan başqa, QMİ sədrinin bir sıra ikitərəfli və Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşləri də nəzərdə tutulur.
F.Hüseynzadə