Oktyabrın 29-da Bakıda Belarus-Azərbaycan turizm forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Belarusun ən iri turizm şirkəti olan “Sentrkurort” şirkəti, Belarus prezidentinin İşlər İdarəsi və Belarus səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Forumda Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç, “Sentrkurort” (Belarusun “Priozyornıy”, “Borovoe”, “Sosnı”, “Naroç” və digər məşhur turizm sanatoriyalarının operatorları), “Belaqrozdravnitsa” şirkətləri, “Prezident-Otel 5*” mehmanxanası, “Belavia” aviaşirkətinin rəhbərləri və nümayəndələri iştirak edəcək, Belarusun sanatoriya-kurort potensialının və turizm sənayesinin təqdimatını keçirəcəklər.
Tədbirdə Azərbaycanın turizm potensialını 20-dən çox yerli turizm şirkəti təqdim edəcək.
A.Zeydullayeva