Azərbaycan-Türk Kültür Mərkəzi Niderland Krallığının paytaxtında yerləşən Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib. Bu barədə
Diasporla İş üzrə Dövlət Komtəsinin mətbuat xidməti məlumat verib.
Bu ölkədəki erməni diasporu noyabrın 7-də adıçəkilən universitetdə “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş “Tanınmamış ölkələr, problemin həlli nədir?” mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin “millət vəkili” Armen Sarkisyanı dəvət etməyi planlaşdırırdı.
Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi nəticəsində Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib ki, “respublika”nın yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insan öldürülüb, bir milyon azərbaycanlı doğma yurdundan qovulub.
R.Babayev