Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Ə.Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amid Mədəni, Səudiyyə Ərəbistanın mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi, Küveyt Dövlətinin informasiya, gənclərlə iş üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabah, Qətər Dövlətinin mədəniyyət, incəsənət və irs naziri Həməd bin Əbdüləziz əl-Kavan, Misirin mədəniyyət naziri Muhəmməd Saber İbrahim ilə görüşlər keçirib.
Görüşlər zamanı mədəniyyət, turizm və incəsənət sahəsində ikitərəfli əlaqələrin inkişafı və genişləndirilməsi, 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarının mədəni proqramının təşkil olunması, turizm və mədəniyyət sahəsində vahid qurumun yaradılması, İslam irsinin dünyada daha da tanıdılmasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
A.Zeydullayeva