Fransada fəaliyyət göstərən Paris-Azərbaycan Evi noyabrın 13-də Parisdə törədilən teror aktını kəskin pisləyib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilən bəyanatda Fransadakı Azərbaycan icması Parisdə törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndiriblər.
Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən bəyanat müəllifləri eyni zamanda tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır.
Bəyanatda həmçinin, Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
R.Babayev