Noyabrin 26-da Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Beynəlxalq Maliyyə Korporasiyasının(IFC) birgə toplantısında kənd təsərrüfatı sahəsində sığorta mexanizmlərinin təkmillşdirilməsi məsələləri müzakirə olunacaq. Bunu ASA rəhbəri Orxan Bayramov cümə axşamı mətbuat konfransında çıxışı zamanı söyləyib.
“ Tədbirdə Azərbaycanda kənd təsərrüfatı sahəsində sığorta mexanizmlərinin təkmillşdirilmə məsələləri mövzusunda panel müzakirələr və seminar keçiriləcək”,- deyə O. Bayramov qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, dekabrın 10-da İtaliya və Türkiyədən gələn mütəxəssislər azərbaycanlı sığortaçılar üçün əmlakın sığortalanmasında iri sığorta hadisələrinin tənzimlənməsi mövzusunda treninq- seminar keçirəcəklər.
A.Axundov