Mütəxəssislərin hazırlıq səviyyəsinin artırılması Azərbaycan ilə Rusiya arasında əməkdaşlıqda mühüm vəzifədir. Bu barədə Rusiyanın təhsil və elm naziri Dmitri Livanov bəyan edib.
“Azərbaycanla əməkdaşlığın mühüm istiqamətlərindən biri bu gün iki ölkə qarşısında duran sosial-iqtisadi inkişaf vəzifələrini uğurla həll etməyə qadir olan yüksəkixtisaslı kadrların hazırlanması keyfiyyətinin artırılmasıdır”, - deyə D.Livanov cümə günü Bakıda Azərbaycan və Rusya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimində çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın aparıcı ali məktəblərində hazırda 14 min Azərbaycan vətəndaşı, o cümlədən, təxminən 2,5 min vətəndaş Rusiyanın büdcəsindən ayrılan vısait hesabına təhsil alır. Hər il bu cür tələbərlə dövlət təqaüdü verilir.
“Akademik mübadilənin inkişafı, qarşılıqlı maraqlarınn əlaqələndirilməsi, müasir tədris metodikalarının mübadiləsi, elmi tədqiqatların inkişafı məqsədilə bu gün Azərbaycan və Rusya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunur”, - deyə rusiyalı nazir vurğulayıb.
“Bu Assosiasiya çırçivəsində bir sıra birgə tədris proqramları reallaşdırılacaq, həmçinin intensiv təcrübə keçmənin yeni formaları müəyyən ediləcək”, - deyə D.Livanov qeyd edib.
Rusiyalı nazir həmçinin hər iki ölkənin elmi institutlarının yardımı ilə birgə elmi tədqiqatların aparılmasının önəmini qeyd edib.
“İkitərəfli əməkdaşlığın digər vacib istiqamət - dillərin öyrənilməsində qarşılıqlı əlaqədir - rus dilin Azərbaycanda və Azərbayan dilinin Rusiyada”, - deyə o bildirib.
D.Livanovun sözlərinə görə, Azərbaycanda rus dilinin dəstəklənməsinə böyük diqqət ayrılır. “Biz bua görə ölkə rəhbərliyinə minnətdarıq”, - deyə o əlavə edib.
“Rusiyada 13 mindən çox uşaq Azərbaycan dili öyrənir və Azərbaycan diasporu ölkədə bu vəziyyətlə razıdır. Lakin, sözsüz ki, bununla kifayətlənmək olmaz”, - deyə o qeyd edib.
A.Zeydullayeva