Azərbaycan prezidenti İlham Əliyev bəzi Qərb dairələrinin islamı terrorçuluqla əlaqələndirilməsini yalnış hesab etdiyini bildirib.
AzTV kanalının xəbər verdiyi kimi, İlham Əliyev Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxışı zamanı islamın sülh dini olduğunu söyləyib.
O qeyd edib ki, Azərbaycan islamofobiya ilə mübarizə aparır, xaricdə islam mədəniyyətinin təbliğinə böyük əhəmiyyət verir, mədəniyyətlər və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.
İ. Əliyev həmçinin deyib ki, Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmlənməsi və islam dəyərlərinin təbliği istiqamətində fəal iş aparırı.
“Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir”,- deyə prezident bildirib.
O, həmçinin Azərbaycanda İSESCO-nun məşğul olduğu sahələrin inkişaf etdiyini, böyük elm, təhsil və mədəniyyət layihələrinin realllaşdırıldığını söyləyib.
Prezident birlidirb ki, bu il Bakıda keçirilmiş I Avropa Oyunları, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları təkcə idman hadisəsi olmayıb sivilizasiyalar arası əməkdaşlığın göstəricisidir. Prezident qeyd edib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh və yanaşı yaşaması və qarşılıqlı anlaşması məsələsinə öz töhfələrini verir.
İ.Əliyev İSESCO-nun islam aləmində elm, təhsil və mədəni sahələrin inkişaf etdirilməsində böyük uğurlara imza atdığını qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan təşkilatın fəal üzvüdür və Bakıda İSESCO xətti ilə çoxlu sayda nüfuzlu tədbirtlər keçirilir.
R. Babayev