Türkiyənin “Turkish Airlines” şirkəti Naxçıvan və Gəncədən Avropanın bir sıra şəhərlərinə uçuşlara xüsusi aksiyalar keçirir. Bu barədə şirkətin saytında məlumat verilir.
Aksiya çərçivəsində Naxçıvan-Milan reysi üzrə biletlərin qiyməti 337 avro (gediş-dönüş), Naxçıvan-Praqa reysi üzrə 221 avro (gediş-dönüş), Naxçıvan-Lissabon reysi üzrə 244 avro (gediş-dönüş), Naxçıvan-Brüssel reysi üzrə 228 avro (gediş-dönüş), Naxçıvan-Frankfurt reysi üzrə 262 avro (gediş-dönüş) təşkil edir.
Gəncə-Riqa reysi üzrə biletlərin qiyməti 269 avro (gediş-dönüş), Gəncə-Lvov reysi üzrə 305 avro (gediş-dönüş), Gəncə-Brüssel reysi üzrə 338 avro (gediş-dönüş), Gəncə-Praqa reysi üzrə 331 avro (gediş-dönüş) təşkil edir.
Biletlərin qiymətinə bütün vergi və yığımlar daxildir. Sözügedən istiqamətlər üzrə biletləri 2015-ci il dekabrın 2-dən dekabrın 31-nə qədər əldə etmək olar. Uçuş dövrü dekabrın 2-dən 2016-cı il martın 31-nə qədər olan dövrü əhatə edir.
Təyinat ölkəsində maksimal qalma müddəti 1 aydır.
N.Abbasova