Polşanın “Nordhus” şirkəti Azərbaycanda bina tikintisi üçün hazır blok istehsal edən zavodun inşası üzrə tərəfdaş axtarır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
"Nordhus” zavodun tikintisi və bu layihəni həyata keçirmək üçün biznes tərəfdaş axtarışı ilə əlaqədar AZPROMO təşkilatına müraciət ünvanlayıb.
Bundan başqa, AZPROMO-ya qaçqın və məcburi köçkünlər, dağ-mədən sənayesində və tibb sahəsində çalışan işçilərin yerləşdirilməsiüçün səyyar evlərin inşa edilməsi ilə bağlı "Synergy Living Systems" şirkətindən təkliflər daxil olub.
“Nordhus S.A.” modul və ya panel sistemdə ağac karkas texnologiyası ilə binalar inşa edən şirkətdir.
N.Abbasova