Türkiyənin təklif etdiyi kimi, Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdi destruktiv addımdır. Bunu RF-nin ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç söyləyib.
“ Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdi destruktivdir və davamı olmaya bilər”,- deyə o, “Rossiya-24” telekanalının efirində bildirib.
A.Lukaşeviç qeyd edib ki, ATƏT Qarabağ münaqişəsində yalnız tərəflərdən birinin dəstəklənməsi mövqeyini dəstəkləmir.
“ATƏT belə bir mövqeyi dəstəkləmir. Belə bir anlayış var, üç həmsədr - Rusiya, Fransa və ABŞ Minsk qrupunun üzvləri kimi əsas yükü üzərlərində daşıyırlar. Bura Türkiyə də daxildir. Lakin Türkiyə də etiraf edir ki, əsas rol həmsədrlərin üzərinə düşür. Buna görə Dağlıq Qarabağ münaqişəsində tərəflərdən birini müdafiə etmək cəhdi qəti şəkildə destruktivdir və bunun davamı ola bilməz”,- deyə diplomat qeyd edib.
O, ümid etdiyini bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin dekabr ayına təyin edilmiş növbəti görüşü münaqişə zonasında gərginliyin azalmasına konstruktiv töhfə verəcək.
Daha öncə Türkiyənın baş naziri Əhməd Davudoğlu Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bəyan etmişdi ki, Ankara Dağlıq Qaarabağ münaqişəsində Bakını dəstəkləyəcək.
“Türkiyə torpaqları işğaldan tamamilə azad edilənə qədər Azərbaycanı dəstəkləyəcək. “Problemlər sərhədlərə qarşılıqlı hörmət kontekstində öz həllini tapacaq. Biz Azərbaycan torpaqlarının 20%-nin işğalı nəticəsində yaranmış çətinlikləri görürük”,- deyə Ə.Davudoğlu qeyd edib.
Türkiyəli baş nazirin sözlərinə görə, regionda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır.