Təhsil Nazirliyi Məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində “Sinif icmalarının plan müsabiqəsi” elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Community.az saytı vasitəsilə müsabiqə çərçivəsində nominasiyaların seçimi həyata keçiriləcək.
Seçim “Sinif icmasının ən yaxşı planı”, “Xərcsiz sevinc”, “Ən orijinal fikir”, “Sərhədsiz xeyirxahlıq”, “Ən fəallar” nominasiyaları üzrə keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün sinif icmasının ən az 20 iştirakçısı (şagirdlər, valideynlər, müəllimlər) qeydiyyatdan keçməlidir. Qeyd olunan nominasiyalar üzrə işlər 18 dekabr tarixinə kimi qəbul ediləcək. Hər bir nominasiya üzrə qaliblər Fəxri fərman və müsabiqənin tərəfdaş şirkətləri tərəfindən müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Nazirlikdən qeyd ediblər ki, həyata keçirilən pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.
A.Zeydullayeva