Azərbaycan İranla maliyyə-bank sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bəyan edib.
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən, İranda səfərdə olan Ş.Mustafayev bu ölkənin iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə görüşüb.
Görüş zamanı nazirlər iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Bundan başqa, Dövlət Komissiyasının 10-cu iclası çərçivəsində Azərbaycan və İranın mərkəzi bankları arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.
Ə.Teyyibniya ticarət əlaqələrinin inkişafı baxımından nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinin, Azərbaycan və İran arasında gömrük-keçid məntəqələrində 24 saatlıq iş rejiminin tətbiqinin vacibliyini qeyd edib.
A.Əzizov