Azərbaycan vətəndaşları, diaspor təşkilatları, eləcə də xaricdə yaşayan azərbaycanlılar bundan sonra elektron formada Diasporla İş üzrə Dövlət Komitəsinə (DİDK) müraciət edə və cavab ala biləcəklər.
Bu qərar komitənin kollegiya iclasında verilib. Müraciətlər ərizə, şikayət və təkliflərdən ibarətdir.
Sənədə əsasən, müraciətlərə 15 iş günündən gec olmayaraq baxılmalıdır. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Müraciətlər http://www.diaspora.gov.az, http://www.e-gov.az elektron ünvanlarına göndərilə bilər.
F.İsazadə