Yanvarın 13-də saat 12.00-da “İnterfaks-Azərbaycan” informasiya agentiyinin mətbuat mərkəzində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivinin mətbuat konfransı keçiriləcək. Mətbuat konfransı Pyotr Qladilinin “Afina gecələri” pyesi əsasında hazırlanmış tamaşanın premyerası və respublikanın əməkdar artisti Yevgeniya Nevmerjitskayanın yubileyinə həsr olunub.
Mətbuat konfransında teatrın baş rejissoru, respublikanın xalq artisti Aleksandr Şarovski, əməkdar artistlər Yevgeniya Nevmerjitskaya və Natalya Şarovskaya, xalq artisti Səfa Mirzəhəsənov, aktyorlar Oleq Əmirbəyov və Natavan Hacıyeva iştirak edəcəklər.
İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07