Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Afina gecələri” tamaşasının premyerası uğurla keçib.
Tamaşa əməkdar artist, istedadlı aktrisa Yevgeniya Nevmerjitskayanın yubileyinə hədiyyə olub. Premyera anşlaqla keçib.
Tamaşanın quruluşçu rejissoru respublikanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşa Pyotr Qladilinin “Afina gecələri” pyesi əsasında hazılanıb. Çoxdan gözlənilən tamaşanın biletləri premyeradan xeyli əvvəl alınıb.
Tamaşanın son hissəsində yubilyarın ifasında hər bir insanın həyatında ən qiymətli məfhum olan ailə və ailə dəyrlərinin qorunub saxlanması haqqında monoloq səslənib.
Premyera günü səhnədə yubilyarla yanaşı, bakılı tamaşaçıların sevimlisi olan aktyorlar - xalq artisti Səfa Mirzəhəsənov və əməkdar artist Natalya Şarovskaya da çıxış ediblər. Gənc aktyorlar Natavan Hacıyeva və Oleq Əmirbəyov isə rolları ilə tanınmış sənətkarlardan geri qalmadıqlarını sübut etdilər.
Tamaşanın quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.
A.Zeydullayeva