Milli Məclisin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında "Dövlət satınalmaları haqqında" qanunda yerli tədarükçülər və podratçılara müəyyən üstünlüklər verən dəyişiklikləri təsdiq edilib.
Dəyişikliklərə əsasən, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-nə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək.
Əvvəllər "Dövlət satınalmaları haqqında" qanunda bu fərq 15% səviyyəsində idi və həmin tələb icbari xarakter daşımırdı.
A.Axundov