“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC “Merkuri-1” bərəsini istismara verib. Bu barədə gəmiçiliyin saytında məlumat verilir.
“Gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb. “Merkuri-1” gəmisi Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub”, - deyə məlumatda qeyd edilir.
Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə və 1 Ro-Ro gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır.
Hazırda gəmiçiliyin balansında 13 bərə var.
N.Abbasova