“Azərbaycan Hava Yolları” (AZAL) QSC 18 iyun tarixindən etibarən Bakıdan Barselonaya müntəzəm reysləri bərpa edəcək. Bu barədə QSC-dən məlumat verilib.
Bakı-Barselona-Bakı marşrutu ilə birbaşa uçuşlar hər həftənin şənbə günləri yerinə yetiriləcək.
Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 07:00-da, El-Prat Beynəlxalq Hava Limanına enmə yerli vaxtla saat 09:45-də baş tutacaq.
Barselonadan uçuş yerli vaxtla saat 11:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə Bakı vaxtı ilə saat 19:10-dadır.
Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletin qiyməti 381 avrodan başlayır.
Barselona reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.
A.Əzizov