09.02.2016 15:46

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri qış məktəbinin iştirakçıları ilə görüşüb

Bu gün Bakı Beynəlxalq Mərkəzində Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla ilə qış məktəbinin iştirakçılarının görüşü olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.

“ Bu gün siz ikinci gündür Azərbaycandasınız. Ümid edirəm ki, gününüz yaxşı keçib və siz şəhərimizlə, onun tarixi məkanları ilə tanış olmağa imkan tapmısınız”,- deyə K.Abdulla gənclərlə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın regionlarındakı gənclər xarici qonaqlarla görüşü səbirsizliklə gözləyirlər.

“Əminəm ki, biz yay məktəbində də qış məktəbinin iştirakçılarını yenidən görəcəyik”,- deyə o qeyd edib.

“Azərbaycan multikulturalizmi” fənni tədris edildikdən sonra siz ömrünüz boyu Azərbaycanı sevgi ilə xatırlayacaqsınız , bizim əlaqələrimiz daha möhkəm və güclü olacaq”,- deyə dövlət müşaviri bildirib.

“ 2016-cı ilin multikulturalizm ili elan edilməsi bizim üçün çox vacibdir Bu bir növ insanlara mərhəmətli və dostcasına münasibət göstərilməsi mesajıdır”,- deyə K,Abdulla qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif xalqların nümayəndələri arasında münasibətlər məhz bu formatda qurulur.

A.Zeydullayeva


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.